
Gəncə şəhərində ana və oğlu dəm qazından zəhərlənib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti, bina 8 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Fərəcov Urfan Vaqif oğlu və anası, 1954-cü il təvəllüdlü Eteri Fərəcova dəm qazından zəhərləniblər.
E.Fərəcova hadisə yerində dünyasını dəyişib.
U.Fərəcov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.