
Samux rayon Ziyadlı kəndində intihar hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon kənd sakini 2005-ci il təvəllüdlü S.Sadıqov yaşadığı evdə özünü asaraq intihar edib.
Onun psixoloji problemləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl rayonun Qarayeri qəsəbəsində 73 yaşlı kişi intihar etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.