7-03-2024, 14:51 509

Azərbaycanda qadınların ictimai-siyasi həyatda iştirakı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) bütün tarixi dövrlərdə milli-mənəvi ideallara bağlılığı ilə fərqlənən Azərbaycan qadınlarının ictimai-siyasi, işgüzar həyatda iştirakına, dövlət idarəçiliyində təmsil olunmalarına münasibəti öyrənmək məqsədilə sorğular keçirib.

STM-dən "Report"a bildirilib ki, bu xüsusda sorğuda iştirak edənlərə “Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında iştirakına münasibətiniz necədir?” sualı ünvanlanıb.

Azərbaycan qadınlarının cəmiyyətdə ictimai-siyasi, işgüzar həyatda iştirakçılığı ilə bağlı sorğu nəticələrinə əsasən, respondentlərin əksəriyyətinin və ya 89.3%-nin bu məsələyə münasibəti müsbət olub. Respondentlərin 10,2%-i qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına mənfi baxdığını bildirib. 0,5%-i bu barədə mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin sosial-demoqrafik göstəricilərə nəzərən təhlili müxtəlif qruplar üzrə qadınların ictimai-siyasi həyatda iştirakına müsbət mövqeləri müəyyən etməyə imkan verib. Kişilərin 86.0%-i əks cinsin nümayəndələrinin ictimai-siyasi həyatda iştirakı ilə bağlı müsbət mövqedə olarkən, qadınların 93.0%-i analoji mövqedən çıxış edib. Dövlət həyatının ictimai və siyasi sahəsində qadınların fəal roluna münasibətdə ali təhsilli respondentlərin 90.7%-i, dövlət sektorunda işləyənlərin 91.8%-i və evdar xanımların 92.4%-i müsbət yanaşma göstəriblər.

Sorğuda Azərbaycan qadınlarının dövlət idarəçiliyində təmsilçiliyi ilə bağlı rəylərdə maraqlı nəticələr əldə edilib. İştirakçılara təqdim edilən “Sizcə, Azərbaycanda qadınların yüksək vəzifələrə təyinatı yetərli səviyyədədir, yoxsa yetərli səviyyədə deyil?” sualına onların 52.0%-i “yetərli səviyyədədir”, 40,9%-i “yetərli səviyyədə deyil” cavabını verib. 7,1%-i bu istiqamətdə fikirlərini bildirməkdə çətinlik çəkib.

Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Paylaş

Xəbər lenti

Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Bu gün, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Bu gün, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Bu gün, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Bu gün, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR