
Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm.
"AVESTA.AZ" xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso evdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis matçda geridönüş etməyin asan olmadığını bildirib: "Buna baxmayaraq futbolçular yaxşı çıxış etdilər. Patrik Şikin sonuncu qolu əla idi".
İspaniyalı baş məşqçi komanda ruhunun vacib olduğunu söyləyib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Komandada çoxlu inam və aclıq var".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.