
"Bakıdakı oyunda da qələbə qazanmaq istəyirik. Amma orada bizim üçün çətin olacağını bilirik".
"Report"un məlumatına görə, bunu "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso evdə "Qarabağ"a 5:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bugünkü qələbənin onlar üçün çox vacib olduğunu bildirib.
Qeyd edək ki, komandalar IV turda Bakıda üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 9-da gerçəkləşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.