5-09-2022, 17:00 586

Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub.

İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib.

Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın 20 milyon manatını dövlət büdcəsinə qaytarıb.

Daha sonra ifadə verən S.Müslümov özünü təqsirli bilib. Sabiq nazir ittihamın mənimsəmə və israf etmə hissəsi ilə bağlı razı olmadığını deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48 Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı Bu gün, 14:48 ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək Bu gün, 14:48 Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu Bu gün, 14:48 Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48 Aİ-nin 6 ölkəsi Brüsselə ultimatum verdi Bu gün, 13:48 iPhone 18 Pro-da ciddi problemlər aşkarlandı Bu gün, 13:48 Nazir oldu, DTX həbs etdi, hazırda müəllim işləyir Bu gün, 13:48 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı Bu gün, 13:48 Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub Bu gün, 12:48 FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib Bu gün, 12:48 Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər Bu gün, 12:48 Ağamirzə vəsiyyətini açıqladı: "3, 7, 40 məclislərində yemək verilməsin" Bu gün, 12:48 SOCAR-ın idarəsi 8 ayda qeyri-neft ixracından 207 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Bu gün, 12:48 Bakıya 4 milyonluq briliant keçiirmək istdədi, qarşısı alındı Bu gün, 12:48 Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi Bu gün, 12:48 "SOCAR Polymer" 8 ayda ixracdan 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 12:48 İlk dəfə ailə quran 42 yaşlı aktrisa: "Çox xoşbəxtəm" Bu gün, 12:48 Putin Rus ordusunun şəxsi heyət sayını artırdı – 2,44 milyon nəfərə çatdı Bu gün, 11:48 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı Bu gün, 11:48 "İstanbullu Gelin"dəki hadisə gerçək oldu - Aslı Enver Praqaya köçür Bu gün, 11:48 FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA Bu gün, 11:48 Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi Bu gün, 11:48 Bu il subasma zonasından təxliyə olunan vətəndaşların sayı açıqlandı Bu gün, 11:48 Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş... Bu gün, 11:48 Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilər - SİYAHI Bu gün, 11:48 "Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu Bu gün, 11:48 150 min manatdan çox vəsait belə yoxa çıxıb: Lənkəranda şübhəli saxlanıldı Bu gün, 11:48 Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi Bu gün, 11:48 Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT Bu gün, 10:48 Ançelotti tənqidlərə cavab verdi: "Bu, gələcəklə bağlı düşüncələrimi dəyişmir" Bu gün, 10:48 Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib Bu gün, 10:48 At arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb Bu gün, 10:48 Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib Bu gün, 10:48 Samir Bağırov bu səbəbdən depressiyaya düşüb Bu gün, 10:48 Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır Bu gün, 10:48 Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO Bu gün, 10:48 "Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR