1-04-2024, 12:47 584

Mahir Emreli: Transfer dönəmində hər şey ola bilər, mövsüm bitəndə qərar verəcəyik - MÜSAHİBƏ

Xorvatiyanın "Dinamo" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Report"un suallarını cavablandırıb.

26 yaşlı hücumçu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalmasından, Azərbaycana dönəcəyi ilə bağlı iddialardan və "Qarabağ" klubunun avrokuboklardakı çıxışından danışıb.

- İlk olaraq özünüz barədə danışmağınızı istərdik. Məşqlərə başlasanız da, sizi yaşıl meydanlarda görmürük. Oynamaq üçün hələlik zamana ehtiyac var?
- Məşqlərə tam olaraq start verməmişəm. Komanda ilə və fərdi hazırlaşıram. Məşqdə kontakt yoxdur. Komanda futbol oynayanda hələlik onlara qatılmıram. Son MRT-nin cavabını gözləyəcəyik. Hər şey yaxşı olarsa, kollektivlə birlikdə məşqlərə qoşulacağam.

- Millinin martdakı yoldaşlıq oyunları üçün də adınız siyahıya daxil edilməmişdi. Baş məşqçi səlahiyyətlərini icra edən Arif Əsədov sizinlə əlaqə saxladı?
- Bəli. Arif müəllimlə danışığımız oldu. Məsləhət belə oldu ki, burada qalım. Çünki təlim-məşq toplanışı da keçməmişəm. Formamı bərpa etmək üçün bu qərara gəldik.

- Yığmanın Monqolustan (1:0) və Bolqarıstan (1:1) ilə matçlarını izlədiniz? Sizcə, komanda necə təsir bağışladı?
- Yoldaşlıq görüşlərinin rəsmi qarşılaşmalardan fərqi böyük olur. Həm hazırlıq, həm də futbolçuların psixologiyası baxımından belədir. Məşqçi də oyunçuları yoxlamağa çalışır. Düşünürəm ki, yetərincə yaxşı təsir bağışlayanlar oldu. Uşaqlar əllərindən gələni etdilər.

- "Dinamo" UEFA Konfrans Liqasında gözlənilmədən mübarizəni dayandırdı. Komanda ilk matçdakı 2:0 hesablı üstünlüyü cavab görüşündə (1:5) qoruya bilmədi. Bu, kollektivə necə təsir edib?
- Belə məğlubiyyətlər komandaya ağır təsir edir. Amma bu, futboldur və belə hallar yaşanır. Tez toparlanmalı və fikrimizi yerli çempionata yönəltməliyik. Çünki hazırda hədəfimiz budur. Avrokuboklarda mübarizəyə davam etmək istəyərdik. Amma başlıca düşüncəmiz yerli liqa olub. Bu titula sahib çıxmaq növbəti mövsüm üçün yeni hədəflərə doğru getməkdir.

- Son vaxtlar mətbuatda sizin yenidən Azərbaycanda çıxış edəcəyinizlə bağlı xəbərlər yayılır. Bu iddialara necə cavab vermək istəyərdiniz?
- Bu məlumatlar doğru deyil. Çempionat davam edir. Heç bir transfer görüşmələri yoxdur. Mən də zədəmlə məşğulam. Mövsümün sonuna qədər bərpa olunmağa və oynamaq şansı qazanmağa çalışıram. Bütün diqqətimi buna yönəltmişəm.

- Zədələnməmişdən əvvəl bir neçə ölkə təmsilçisinin gündəmində idiniz. Ümumiyyətlə, mövsümün sonunda Zaqreb klubundan ayrılmaq ehtimalı var?
- Transfer dönəmlərində hər şey ola bilər. Bəzi futbolçular komandaya gəlir və tez gedir. Bəziləri uzun müddət qalır və sonra ayrılır. Heç kim bundan sığortalanmayıb. Hazırda belə bir ehtimal yoxdur. Mövsüm bitdikdən sonra fikirləşib qərar verəcəyik.

- Son olaraq sabiq klubunuz "Qarabağ"ın cari mövsüm UEFA Avropa Liqasındakı çıxışı barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, Azərbaycan futbolu adına yaxşı mövsüm keçdi. Xüsusən də "Qarabağ" üçün. Ən önəmli qarşılaşmalar da 1/8 final mərhələsində "Bayer 04"ə qarşı idi. Leverkuzen təmsilçisi hazırda dünyada ən yaxşı formada olan klublardan biridir. Onlara qarşı bu cür mübarizə aparmaq böyük uğurdur. Əlbəttə, nəticə də önəmlidir. Hamımız istərdik ki, "Qarabağ"ı növbəti mərhələdə görək. Komanda hər mövsüm bunu etməyə qadirdir. Məncə, növbəti mövsümdə daha da güclü olacaqlar və yaxşı nəticə əldə edəcəklər. Klubu ölkə çempionu olmaq münasibəti ilə də təbrik edirəm.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR