16-04-2024, 00:14 453

Qərbi Azərbaycan Xronikası: “Azərbaycanlı kadrlara böhtan atır, şərləyir, həbs edirdilər” 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“AVESTA.AZ” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi araşdırmaçı jurnalist, publisist Səyyad Ağbabalı olub. O, doğulub boya-başa çatdığı Ağbaba mahalından, İlanlı-Çaybasar kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanda əsirlikdə qalan, yandırılan, dağıdılan yüzlərlə yaşayış məntəqəsinin sakinləri kimi, onun üçün də doğma kənddə keçirdiyi günlər əzizdir, unudulmaz xatirələrdir. Müsahib Vətən həsrəti ilə yaşadığını, yuxularında tez-tez Çaybasara getdiyini dilə gətirib.

Bolşevik, kommunist libasına bürünən daşnakların Qərbi Azərbaycandakı soydaşlarımıza münasibətindən danışan S.Ağbabalı deyib ki, ötən əsrin 1918-1920-ci illərində, eləcə də sovet hakimiyyəti dövründə ermənilər azərbaycanlılara qarşı kütləvi qətliamlar törədib, insanları öz ata-baba yurdundan didərgin salıblar. O, babasının, onun qardaşlarının, bacısı oğlunun da ermənilər tərəfindən qətlə yetirildiyini söyləyib. Qeyd edib ki, sovet hakimiyyəti illərində İslam fundamentalizminə qarşı mübarizə adı altında soydaşlarımız təqib olunublar. Belə ki, perspektivli azərbaycanlı kadrlara böhtan atılıb, şərlənib, həbs edilib, həmçinin “qolçomaq” kimi Vətəndən sürgün olunublar.

SSRİ dövründə erməni millətçilərinin qondarma soyqırımı təbliğatı apardıqlarını xatırladan S.Ağbabalı deyib ki, bu “ideologiyanın” təsiri altında olanlar azərbaycanlılarla çox pis rəftar ediblər. Belə münasibət 1980-ci illərdə daha da kəskinləşib. Hətta ermənilər birinci katib İldırım Bağırovu vəhşicəsinə döyüblər. Fiziki-mənəvi işgəncələrdən canını qurtarmaq üçün Qərbi Azərbaycandan 1988-ci ildə köçən dinc əhalinin qarşısı kəsilib, bəzisi qətlə yetirilib, bir qisminin isə malı-mülkü məhv edilib.

Araşdırmaçı jurnalist qeyd edilənlərə nümunə kimi, Qanlıca kəndi ərazisində 15 ailənin köçünün ermənilər tərəfindən yandırılmasını, rayon daxili işlər şöbəsinin əməkdaşı Arif İsgəndər oğlu Məmmədovun, Qaraçanta kənd sakini Arzu İsfəndiyar oğlu Haqverdiyevin güllələnərək öldürülməsini göstərib.

S.Ağbabalı Ümummilli Lider Heydər Əliyevin SSRİ dövründə və müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Qərbi Azərbaycandan olan soydaşlarımıza böyük diqqət və qayğı ilə yanaşmasından, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tarixi torpaqlarımıza qayıdış strategiyasının müəllifi olmasından, bu istiqamətdə atılan addımlardan da danışıb. Bildirib ki, başlıca hədəf, əsas məqsəd Qərbi Azərbaycana dönməkdir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 15-də saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Bu gün, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Bu gün, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Bu gün, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Bu gün, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Bu gün, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR