
Basketbol üzrə Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib.
“Report” xəbər verir ki, “Sərhədçi” İdman mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıb.
78:73 (14:31, 24:15, 17:13, 18:19) hesabı ilə qalib gələn ikincilər ölkə kubokunun həlledici mərhələsinə vəsiqə qazanıblar.
Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan kubokunun final görüşü aprelin 20-si saat 15:00-da oynanılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.