
BMT-nin Baş katibi Antonio Quterreş, lazım gələrsə, Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətin həllində tərəflərə kömək etməyə hazırdır.
“AVESTA.AZ” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.
“Baş katib prosesə cəlb olunacaq və işləri irəli aparmaq üçün onun iştirakının zəruri olduğunu başa düşsə, tərəflərə kömək etməyə açıq olacaq. Bu, onun çox yaxından izlədiyi bir məsələdir.”-deyə, o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.