
Bakının Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, taksi fəaliyyəti göstərən minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər - 1988-ci il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və həmyaşıdı Cavadov Nurlan Zülfüqar oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.