
Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.
Bu barədə "AVESTA.AZ"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.