
Türkiyədə İstanbul – İzmir şosesində idarəetməni itirən sürücü avtomobilini qısa müddət öncə qəza törətmiş avtomobil ilə ona yardım edən digər üç nəqliyyat vasitəsinə və piyadalara çırpıb.
“Report” ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb. Yaralılar Bursa Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.