
Türkiyənin Burdur şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, qəza Burdur-Karamanlı yolunda qeydə alınıb. Hadisəyə avtomobillərdən birinin sürücüsünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.
Yaralılar xəstəxanalara çatdırılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.