8-09-2022, 22:00 890

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Milli Olimpiya Komitəsində (MOK) 7 sentyabr - Ümumdünya Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

X.İsayev bildirib ki, istər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olan hər kəs hər il bu tarixdə ədalətli oyun təşəbbüsləri, layihələr və uğurlar haqqında məlumat paylaşır.

Daha sonra “Spirit of Fair Play” beynəlxalq foto müsabiqəsinin nominantları - fotoqraflar İlqar Cəfərov, Zaur Mustafayev və Fərqanə Qasımlıya diplomlar təqdim olunub.

X.İsayev “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyası üzrə “Con Borotra” Dünya Ədalətli Oyunlar diplomunu Ç.Hüseynzadəyə təqdim edib. Qeyd olunub ki, MOK-un vitse-prezidenti Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafat"ı ilə təltif olunub.

Ç.Hüseynzadə bu mükafata indiyədək ədalətli oyun prinsiplərinin təbliği, Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə əlaqələrin qurulması istiqamətində gördüyü bir sıra mühüm işlərə görə layiq görülüb. Azərbaycanın və dünya idmanının inkişafında bir sıra xidmətləri olan vitse-prezidentin rəhbərliyi ilə keçirilən tədbirlər yüksək səviyyədə və ədalət prinsiplərinə sadiqlik şəraitində keçib. O, Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyasında ilk dəfə Azərbaycanı təmsil edib. Avropa Olimpiya Komitəsinin “Şərəf” ordeni ilə təltif olunub.

Ç.Hüseynzadə öz çıxışında bildirib ki, MOK-un Ədalətli oyunlar Komissiyası hər il ənənəvi olaraq, idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə ilin sonunda, eləcə də müxtəlif yarışlarda 6 nominasiya üzrə mükafatlar təsis edir, gənc nəslin diqqətini cəlb etmək məqsədilə də bir sıra tədbirlər keçirilir.

Daha sonra Ədalətli Oyunlar Komissiyası, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyi İNBA Qlobal Azərbaycan Birliyi arasında birgə əməkdaşlıq haqqında memarandum imzalanıb.

Sonda qonaqlar İncəsənət Gimnaziyasının skripkaçılar ansamblının ifasını dinləyiblər.

Paylaş

Xəbər lenti

Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Bu gün, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Bu gün, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Bu gün, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Bu gün, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Bu gün, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Bu gün, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Bu gün, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Bu gün, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Bu gün, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Bu gün, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Bu gün, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Bu gün, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Bu gün, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Bu gün, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Bu gün, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Bu gün, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Bu gün, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Bu gün, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48 166 nömrəli avtobuslardan şikayət var – "Sanki motosikletdə gedirik" Bu gün, 12:48 Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb Bu gün, 12:48 Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq Bu gün, 11:48 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR