
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
"AVESTA.AZ"un məlumatına görə, açılış oyununda "Turan Tovuz" evdə "Kəpəz"lə qarşılaşacaq. Tovuz şəhər stadionunda keçiləcək görüş saat 16:30-da başlayacaq.
Qərb derbisini Vüqar Həsənli idarə edəcək.
Hazırda Tovuz təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşıb. Xalı olmayan Gəncə klubu isə sonuncudur.
Azərbaycan Premyer Liqası
VI tur
9 sentyabr (cümə)
16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
Tovuz şəhər stadionu.
Qeyd edək ki, turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da "Qəbələ" - "Neftçi" və "Səbail" - "Zirə", 1 gün sonra isə "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.