Gürcüstanın paytaxtı Tbilisidə parlament yaxınlığındakı mitinqdən sonra “Qəhrəmanlar” meydanına keçən aksiya iştirakçıları yolu bağlayıblar.
"Report"un yerli bürosu xəbər verir ki, hazırda “Qəhrəmanlar” meydanında nəqliyyatın hərəkəti tamamilə iflic olub.
Xüsusilə, meydanda yerləşən bütün yol ötürücülərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, həmçinin Varazişxevi küçəsinə giriş və Kostava küçəsinə gedən tuneldə nəqliyyatın hərəkəti iflic olub.
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin əleyhdarları “Qəhrəmanlar” meydanında aksiyanın bir neçə iştirakçısının saxlanıldığını bildirdikdən sonra belə qərar qəbul ediblər.
Qanunun əleyhdarlarının bir qismi parlamentin binası qarşısında qalır.
Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Gürcüstanın paytaxtı Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları “Qəhrəman” meydanında yolu bağlamağa cəhd ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları patrul polisi maşınları ilə ərazidən çıxarıblar. Mitinq iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub. Aksiyanın bir neçə fəalı saxlanılıb.
Polis etirazçılara qanunlara tabe olmağa və aksiyanı dinc şəkildə keçirməyə çağırıb.
Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.