
Bu gün futbol üzrə Azərbaycan I Liqasında XXVI turun iki görüşü keçirilib.
“Report” xəbər verir ki, turun mərkəzi matçında “Qaradağ Lökbatan” dogma meydanda “Şamaxı”nı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi (3:2) ilə başa çatıb.
Bu nəticənin ardından əyalət klubu xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində vahid liderliyə yüksəlib. Qaradağ təmsilçisi isə 53 xalda qalıb.
Günün digər görüşündə isə “İmişli” I Liqanın autsayderi “Araz Saatlı”nın qonağı olub. Ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, çempion olan komandanın adına sonuncu – XXVII turda aydınlıq gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.