
Abşeronda 52 yaşlı qadını avtomobil vurub.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü Məmmədova Sənubər Vəliyəddin qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.