
Tarixdə ilk dəfə Ayın əks tərəfindən süxur toplamış Çinin “Çane-6” zondu Yer kürəsinin peykindən havalanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin agentliyi məlumat yayıb.
“Çərşənbə axşamı səhər Çinin “Çane-6” zondu insanlıq tarixində ilk dəfə olaraq Yerin təbii peykinin əks tərəfindən toplanmış süxur nümunələri ilə Ayın səthindən havaya qalxıb. “Çane-6” uçuş modulu Ay ətrafındakı əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub”, – məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, daha əvvəl sözügedən zondun Ayın əks tərəfindəki Cənub Qütbü-Eytken bölgəsinə endiyi bildirilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.