
Azərbaycanda sığorta agentlərinin həyat sığortasının satışı ilə bağlı təcrübəsi yoxdur.
Bunu “AVESTA.AZ”a açıqlamasında "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.
“Sığorta şirkətləri bu məhsulun satışı ilə bağlı agentlər üçün təlimlər təşkil edəcək, maarifləndirmə işləri aparacaq. Bundan sonra onlar satışa başlayacaqlar. 3-5 aydan sonra artıq biz agentlərin necə aktiv fəaliyyət göstərməsinin nəticələri haqqında məlumat paylaşa bilərik", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.