6-06-2024, 20:16 529

TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib - YENİLƏNİB

İyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, brifinqdə Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova çıxış edib.

Türk Dövlətləri Parlament Assambleyası 13-cü plenar iclasını uğurla başa vurduğunu deyən Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətə, türk dünyasında parlamentlərarası əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkürünü bildirib.

Bu gündən Azərbaycan Respublikasının Milli Məclisinin TÜRKPA-ya sədrliyi təhvil aldığını deyən spiker Sahibə Qafarova vurğulayıb ki, təşkilata sədrliyimiz dövründə əməkdaşlığımızın inkişafı naminə var-gücümüzlə çalışacağıq.

Çıxışında Sahibə Qafarova bütün nümayəndə heyətlərinə iclasda fəal iştiraklarına görə minnətdarlıq ifadə edib. TÜRKPA-nın parlamentlərimizin qarşılıqlı faydalı əməkdaşlığının səmərəli platformasına çevrildiyini deyən spiker təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, yeni məzmunla zənginləşdirilməsi üçün birgə səylərin bundan sonra da davam etdirilməsində hamının həmfikir olduğuna əminliyini ifadə edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlament Assambleyasının Şura və plenar iclaslarında gündəlikdə duran bütün məsələlər nəzərdən keçirilib, TÜRKPA-nın ötən dövrdəki fəaliyyəti dəyərləndirilib, gələcəkdə atılacaq addımlarla bağlı bir sıra qərarlar qəbul edilib.

Spiker Sahibə Qafarova deyib ki, Assambleyanın 13-cü plenar iclası “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr edilib. İclas çərçivəsində müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar müzakirə olunub. Eyni zamanda bildirilib ki, iclas çərçivəsində yaşıl enerji sahəsində ölkələrimizin irəli sürdüyü təşəbbüslər və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Cari ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi COP29-un və bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının həmrəyliyimizin və birgə səylərimizin təşviqi baxımından mühüm platformalar rolunu oynayacağı qeyd olunub.

TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova qeyd edib ki, plenar iclasın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində bir çox mühüm mövzulara toxunulub. Bu Bəyannamə ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür.

Brifinqdə çıxış edən Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürlərini bildiriblər, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar arzulayıblar.

TÜRKPA-nın 13-cü plenar iclasının yekunları barədə danışan çıxışçılar, iclas çərçivəsində aparılmış fikir mübadiləsinin, qəbul edilmiş mühüm qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər, üzv ölkələr arasında əməkdaşlığın və birgə fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

18:35

TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda bildirib.

“Əmin etmək istəyirəm ki, əməkdaşlığımızın inkişafı naminə çalışacağıq. Ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolu olub. Parlamentlərarası əlaqələrimizin inkişafı üçün bundan sonra da işlər görüləcək", - spiker deyib.

Onun sözlərinə görə, iclasın sonunda qəbul edilən Bakı Bəyannaməsində önəmli məqamlara toxunulub:

“Bu bəyannamə ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentarilərinin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür".

Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR