10-06-2024, 13:56 436

Pərviz Şahbazov: “Albaniya Azərbaycan qazı ilə təchiz edilən növbəti ölkə olacaq” - YENİLƏNİB

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) buraxılış gücünün 1,2 milyard kubmetr artırılması və qazlaşdırma layihələrinin həyata keçirilməsi nəticəsində Albaniya tranzit rolundan əlavə Azərbaycan qazı ilə təchiz edilən növbəti ölkə olacaq.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən Azərbaycan və Albaniya arasında Hökumətlərarası Komissiyanın ilk iclasında Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş zamanı komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, 2026-cı ildən Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.

İclasdan əvvəl Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş olub. Görüşdə Azərbaycan - Albaniya münasibətlərinin fəal siyasi dialoq və dinamik inkişaf edən əməkdaşlıq əsasında yeni səviyyəyə yüksəldiyi qeyd olunub.

Komissiyanın iclasında dövlət başçılarının dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyən strateji baxış və qərarlarının, qarşılıqlı səfərlərinin iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsi və dərinləşməsinə böyük imkanlar yaratdığı vurğulanıb. Bu xüsusda, iqtisadi əməkdaşlıq haqqında Hökumətlərarası Sazişin və imzalanması planlaşdırılan digər 8 sənədin əhəmiyyətindən bəhs olunub. İkitərəfli və Avropa kontekstində tərəfdaşlıqda enerji strateji əhəmiyyətli istiqamət kimi dəyərləndirilib. Cənub Qaz Dəhlizinin üzvləri olan ölkələrimizin Korça şəhərinin qazlaşdırılması, Dumrea şəhərində yeraltı qaz anbarının istifadəsi və Albaniyanın TAP-la qaz təchizatı üzrə əməkdaşlıq prioritetlərinin icrasından danışılıb.

P. Şahbazov deyib ki, 1,5 milyard avro dəyərində investisiya yatırımı, 25 il ərzində 285 milyon avro məbləğində vergi ödənişi, sosial layihələrə 14 milyon sərmayə öhdəliyi, yerli icmaların işlə təminatı TAP-ın Albaniya üçün faydalarının yalnız bir qismidir.

Nazir, həmçinin bu il Azərbaycanın sədrliyi ilə keçiriləcək qlobal miqyasda yaşıl enerji keçidi və iqlim hədəflərinə nail olmağı təşviq edən COP29 tədbirinin beynəlxalq arenada bir-birini dəstəkləyən ölkələrin növbəti dəfə həmrəyliyi üçün daha bir fürsət olacağını bildirib.

Albaniyalı həmsədr Belinda Balluku isə deyib ki, bu il mart ayının 1-də Bakıda imzalanan iqtisadi əməkdaşlıq haqqında Saziş çox mühüm addımdır: “Bununla biz qarşılıqlı maraq doğuran konkret sahələri birgə müəyyən etmişik və ən əsası, birgə həll edəcəyimiz hər şeyi asanlaşdıracaq və həyata keçirməyə kömək edəcək bir sıra vasitələr müəyyən etmişik. Hesab edirəm ki, mart ayında sazişi imzalamağımız və iyunda hökumətlərarası komissiyanın ilk iclasını keçirməyimiz, bütün lazımi prosedurları rekord müddətdə tamamlamağımız hər iki tərəfin niyyətinin ciddiliyinin bariz əlamətidir”.

İclasda iqtisadiyyat, ticarət və sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, mədəniyyət, təhsil, səhiyyə və ərzaq təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Bu ilin üç ayı ərzində ticarət dövriyyəsinin 4 dəfə, Albaniyadan Azərbaycana gələn turistlərin sayının 3 dəfə artması müsbət məqamlar kimi diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında, həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlığa dəvət edilib.

Yekunda Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclasının Protokolu imzalanıb və Fəaliyyət Planı qəbul olunub.

11:51

Azərbaycan və Albaniya bütün sahələrdə nəticəyönümlü fəaliyyətə Hökumətlərarası Komissiya vasitəsilə dəstək verilməsini razılaşdırıb.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Hökumətlərarası Komissiyanın ilk iclası çərçivəsində Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ilə tərəfdaşlıq gündəliyindəki prioritetlərə dair fikir mübadiləsi aparlıb.

“Dövlət başçılarının dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyən strateji kursuna müvafiq bütün sahələrdə nəticəyönümlü fəaliyyətə Hökumətlərarası Komissiya vasitəsilə qarşılıqlı dəstək verməyi razılaşdırdıq”, - deyə P. Şahbazov bildirib.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR