
İtaliyanın "Yuventus" komandası yeni baş məşqçisinin adını açıqlayıb.
"AVESTA.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qoca sinyora" Tyaqo Motta ilə 3 illik müqavilə imzalayıb
Braziliyalı çalışdırıcı yeni klubunda illik 3,5 milyon avro qazanacaq.
"Barselona" və PSJ-nin sabiq futbolçusu bu postda Massimiliano Alleqrini əvəzləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.