14-06-2024, 16:32 509

Naxçıvanda iqlim dəyişiklikləri və dövlət idarəçiliyində yeni çağırışlar mövzusunda səyyar təlim keçirilib

Ölkə başçısı İlham Əliyevin 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə dövlət qulluğunda bilik bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, bu tədbirlərin davamı olaraq 14 iyun tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində dövlət orqanlarında çalışan dövlət qulluqçularına səyyar təlim keçirilib.

Təlimdən əvvəl Dövlət İdarəçilik Akademiyasının əməkdaşları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, dərin ehtiramlarını bildiriblər.

Təlimdə giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquq şöbəsinin müdiri Gülçin Dünyamalıyev çıxış edərək keçirilən təlimin mahiyyəti barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Prezident İlham Əliyevin yeni idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda mühazirəsi dinlənilib. Qeyd olunub ki, mədəni irs bütün zamanlarda ətraf mühitin tərkib hissəsi olmaqla iqlim və münaqişələrin təsirinə məruz qalıb. XIX və XX əsrin sənayeləşməsi və böyük müharibələr bu prosesi daha da sürətləndirib. Bu gün isə bu çağırışlar, xüsusilə iqlim dəyişiklikləri qlobal xarakter alıb. İqlim dəyişiklikləri insan sağlamlığı, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir. Ölkəmiz tərəfindən əsasən öz maliyyə vəsaitləri hesabına ətraf mühitin qorunması, yaşıllıqların bərpası, artırılması, təbii ehtiyatlardan, o cümlədən su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür.

Rektor belə bir təlimin keçirilməsinin çox vacib olduğunu bildirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Urxan Ələkbərov dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də daha geniş inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.Bildirilib ki, COP29-a ölkəmizin ev sahibliyi etməsi ilə bağlı qlobal həmrəylik artıq Azərbaycanın dünya səviyyəsində nüfuzunu göstərir və cənab Prezidentin apardığı əməli fəaliyyət neft ölkəsi kimi Azərbaycanın dünyanın karbon emissiyasının azaldılması gündəliyinə sadiqliyinə etimadın formalaşdığını ifadə edir.

Səyyar təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “İntellektual sistemlərin idarə edilməsi” kafedrasının müdiri, dosent Elvin Əzizbəyovun “Yaşıl Rəqəmsal dövlət idarəçiliyi:yeni çağırışlar və problemlər”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “İnzibati idarəetmə” fakültəsinin dekanı, dosent Elnur Əliyevin “Dövlət idarəçiliyində islahatlar: iqlim dəyişiklikləri prizmasında siyasi, hüquqi və institusional çərçivələr”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayevin “İqlim dəyişiklərinin etik imperativləri” mövzularında mühazirələri dinlənilib.

Paylaş

Xəbər lenti

İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır Bu gün, 21:48 Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub Bu gün, 21:48 Tramp, Frederiksen və Nilsen Qrenlandiya üzrə saziş imzalayıblar Bu gün, 21:48 Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri Bu gün, 21:48 Deputat: Antiterror əməliyyatı 44 günlük müharibənin məntiqi sonluğu idi Bu gün, 21:48 Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb Bu gün, 21:48 Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu Bu gün, 20:48 Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq Bu gün, 20:48 Bakıda kirayə mənzillər ən çox bu rayonda bahalaşıb - SİYAHI Bu gün, 20:48 SEPAH: Hörmüz boğazında müharibə davam edir Bu gün, 20:48 Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir Bu gün, 20:48 Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq Bu gün, 19:48 Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək" Bu gün, 19:48 Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK Bu gün, 19:48 AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır Bu gün, 19:48 Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia Bu gün, 19:48 46 ildir işləyən aktrisa 44 000 lirə pensiyaya etiraz etdi Bu gün, 18:48 Bakının hansı küçələrində tıxac var? Bu gün, 18:48 "Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub Bu gün, 18:48 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Bu gün, 18:48 Toğrul Xəlilova yüksək vəzifə verildi Bu gün, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Bu gün, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Bu gün, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Bu gün, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Bu gün, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Bu gün, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Bu gün, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Bu gün, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Bu gün, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Bu gün, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq Bu gün, 16:48 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar Bu gün, 16:48 Masallının böyük bir hissəsi qazsız qalacaq Bu gün, 15:48 Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar Bu gün, 15:48 Prezidentin köməkçisindən Heydər Əliyevin Nəsimi irsi ilə bağlı çıxışını əks etdirən paylaşım Bu gün, 15:48 Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb Bu gün, 15:48 Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb Bu gün, 15:48 Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY Bu gün, 15:48 Bu serial "Uzak Şehir"i taxtından etdi Bu gün, 15:48 Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var" Bu gün, 15:48 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib? Bu gün, 15:48 Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR