
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, həmçinin ABŞ-nin Ermənistanın müdafiə sənayesinə dəstəyi məsələlərini müzakirə ediblər.
İsveçrədə Qriqoryan Ukrayna ilə bağlı sammitdə iştirak etsə də, Ermənistan nümayəndə heyəti tədbirin yekun bəyannaməsini dəstəkləməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.