
Danimarka millisinin və "Barselona"nın müdafiəçisi Andreas Kristensen Avropa çempionatlarında dəqiq ötürmələrə görə rekord müəyyənləşdirib.
"AVESTA.AZ" "Opta"ya istinadən xəbər verir ki, futbolçu bunu Almaniyada gerçəkləşən Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində Sloveniya ilə oyunda reallaşdırıb.
Danimarkalı müdafiəçi görüş ərzində ümumilikdə 89 dəqiq (100 faizlik) ötürmə edərək Avropa çempionatında rekorda imza atıb.
Qeyd edək ki, Sloveniya - Danimarka matçı 1:1 hesabı ilə yekunlaşıb. Matçda qolları Kristian Eriksen (17-ci dəqiqə) və Erik Yanja (77-ci dəqiqə) vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.