
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb.
Bu barədə "Report" Ukrayna dövlət başçısının CNN telekanalına müsahibəsindəki açıqlamasına istinadən xəbər verir.
"Bu gün, yox. Mən onların (Rusiya - red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır - o (Putin - red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir - ultimatum səsləndirənlərə danışmayacam”, - Ukrayna Prezidenti Putinlə danışıqlarla bağlı sualı cavablandırıb.
O, həmçinin vurğulayıb ki, Ukrayna ilə Rusiya arasında istənilən razılaşma yalnız qarşı tərəfin qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması halında bağlana bilər.
"Bilirəm ki, bəzi ölkələr bizi Minsk prosesinə tərəf sövq edir. Mən istəyirəm ki, dünya bir məsələnin diplomatik həll yolu, digərinin isə Minsk-2, -3, -5, -10 olduğunu etiraf etsin. Bunlar iki fərqli şeydir, çünki Minsk (razılaşması) boş kağız parçasıdır və Rusiyaya növbəti işğaldan əvvəl dincəlməyə imkan verəcək”, - Prezident bildirib
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.