21-06-2024, 22:25 511

S&P Azərbaycanın enerji operatorunun müstəqil kredit reytinqini yüksəldib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “AzərEnerji” SC-nin emitentinin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini sabit proqnozla “BB/B” səviyyəsində təsdiqləyib.

“Report” S&P-yə istinadən xəbər verir ki, elektrik enerjisinin yüksək qiymətləri fonunda əlverişli əməliyyat mühiti “AzərEnerji”nin maliyyə profilini dəstəkləyir.

“Fikrimizcə, enerji operatorunun maliyyə profili davamlı olaraq güclənib və bu, bizi müstəqil kredit profilini (SACP) “b-”dən “b”yə dəyişməyə vadar edib. İndi proqnozumuz belədir ki, 2024-cü ildən etibarən əməliyyatlarla bağlı fəaliyyətin (FFO) borca korrektə olunmuş nisbəti 30 %-dən yuxarı qalacaq. Bu nisbət ardıcıl iki ildir yüksək olaraq qalır: FFO-nun borca nisbəti 2023-cü ildə 38,8 % olubsa, 2022-ci ildə pik həddə çatıb - 62,8 %. Vəziyyətin yaxşılaşması yüksək enerji qiymətləri və enerji ixracı həcmlərinin artması ilə əlaqədardır”, - hesabatda deyilir.

Agentlik analitikləri hesab edir ki, enerji böhranları və inflyasiya son bir neçə ildə əksər kommunal şirkətlər üçün maneəyə çevrilib: “Amma “AzərEnerji” Rusiya-Ukrayna münaqişəsi fonunda enerji böhranından ciddi mənfi nəticələrə məruz qalmayıb. Enerji operatoru elektrik enerjisinin yüksək qiymətlərindən bəhrələnib, Azərbaycanda iqtisadiyyatın böyük hissəsinin neft və qazdan asılı olması ilə əlaqədar bəzi digər şirkətlər kimi qazın qiymətlərinin artmasıyla dəstəklənib”.

“AzərEnerji”nin reytinqinin sabit proqnozu suveren reytinq üzrə proqnozu əks etdirir.

“Biz şirkətə dövlət tərəfindən böyük dəstəyin olmasının yüksək ehtimalını görürük və hökumətin “AzərEnerji”nin böyük investisiya proqramını dəstəkləməyə davam edəcəyini və istənilən likvidlik defisitini qarşılayacağını gözləyirik. Bizim baza ssenaridə şirkətin hökumət təminatı olmadan üçüncü tərəflərə borc öhdəlikləri verməyəcəyi, onun strukturu və cari aktivlər tərkibinin dəyişməyəcəyi gözlənilir”, - S&P vurğulayır.

Agentlik hesab edir ki, “AzərEnerji” hələ də məzənnə dəyişkənliyi (borcların demək olar hamısı xarici valyutadadır; demək olar bütün gəlirlər isə manatladır), şirkətin bütün nağd pullarını saxladığı zəif yerli bank sistemi S&P-nin cari proqnozunu aşan dövriyyə kapitalının və ya kapital qoyuluşunun artırılması kimi risklərə məruz qalır.

“Lakin bu çatışmazlıqlar dövlət dəstəyi ilə kompensasiya edilir. Dövlət “AzərEnerji”nin bütün borclarına zəmanət verir və ya onun sahibidir və kapital artımını təmin edir. Bu vəziyyətin ortamüddətli perspektivdə də qorunacağını gözləyirik. Üstəlik, şirkət tarixən dövlət dəstəyinin geniş spektrindən, o cümlədən kapitalın artırılması, borc xidmətlərinin ödənilməsi, vergi güzəştləri və sıfır dividendlər ilə bağlı tədbirlərdən yararlanıb. Başa düşürük ki, bu, “AzərEnerji”nin Azərbaycan hökuməti üçün mühüm iqtisadi və sosial rolu ilə bağlıdır və buna görə də şirkətin, lazım gələrsə, vaxtında və kifayət qədər dövlət dəstəyi alacağına inamımızı təsdiq edirik”, - hesabatda deyilir.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR