
Azərbaycanın daha 2 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
"Report" xəbər verir ki, Serbiyanın Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən təmsilçilərimiz -Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.