
Qazax rayonunda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib.
Bu barədə Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, "Xaş-xaş 2024" planına uyğun olaraq, Qazax Rayon Polis Şöbəsi ilə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən 3 ton (6300 ədəd) çətənə bitkisi toplanaraq məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.