3-07-2024, 22:15 475

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib - YENİLƏNİB-2

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub.

"Report" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olundu və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edildi.

Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olundu və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirildi.

Azərbaycan, Pakistan və Türkiyə arasında parlamentlərin sədrləri, xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatların artıq mövcud olduğu və bu əsnada əvvəllər bir sıra görüşlərin keçirildiyi diqqətə çatdırıldı.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulandı. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edildi.

44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulandı. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olundu.

Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edildi, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulandı.

Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edildi və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirildi.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulandı və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edildi. Təklif məmnunluqla qəbul olundu. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulandı.

Dövlətimizin başçısı Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul etdilər.

19:15

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib.

18:10

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib Bu gün, 18:48 Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir Bu gün, 18:48 Naxçıvan Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Bu gün, 18:48 Dağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT Bu gün, 18:48 Vaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin" Bu gün, 18:48 "SOCAR Trading" yeni neft-kimya zavodları üçün əsas amilləri açıqlayıb Bu gün, 17:48 Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb Bu gün, 17:48 Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb Bu gün, 17:48 BRAVO: 10 İlin Parıltısı Bu gün, 17:48 WUF13 ilə əlaqədar Bakının bu təhsil müəssisələrində dərslər DİSTANT OLACAQ Bu gün, 17:48 Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib Bu gün, 17:48 Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib Bu gün, 17:48 Tramp bombalamağı ƏMR ETDİ - Hörmüzü minalayan İran gəmiləri... Bu gün, 17:48 Bakıda ictimai nəqliyyatda niyə vahid sistem qurulmur? Bu gün, 17:48 Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 17:48 İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir Bu gün, 16:48 Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib" Bu gün, 16:48 Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir Bu gün, 16:48 Bu tarixlərdə Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 İsmayıllıda lotereyadan 100 000 manat uduldu Bu gün, 15:48 ARDNF I rübdə 22 ton qızıl satıb Bu gün, 15:48 İran: Hörmüz Boğazının açılması mümkün deyil Bu gün, 15:48 Salyanda marketdə yararsız məhsullar və saxta içkilər tapıldı Bu gün, 15:48 ABŞ İranla bağlı əməliyyatda 31 gəmini geri qaytardı Bu gün, 15:48 Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub Bu gün, 15:48 Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB Bu gün, 15:48 Arda Gülər zədələndi Bu gün, 15:48 Dövlət Xidmətində rüşvətlə bağlı əməliyyat - İki vəzifəli şəxs saxlanıldı Bu gün, 15:48 Cibdən "iPhone" oğurlayan şəxs SAXLANILDI Bu gün, 15:48 Nazir Arzu Qarazadəyə vəzifə verdi Bu gün, 14:48 Sosial ödəniş alanların NƏZƏRİNƏ! Sabah YEKUNLAŞACAQ Bu gün, 14:48 Ağstafada qəza, xəsarət alanlar var Bu gün, 14:48 İran millisinin ABŞ-də keçiriləcək DÇ-2026 oyunlarına hazır olduğu açıqlanıb Bu gün, 14:48 Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir Bu gün, 13:48 Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir Bu gün, 13:48 Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb Bu gün, 13:48 2027-ci ildə Avropa Birliyinə daha bir ölkə qoşula bilər Bu gün, 13:48 Günəşdə partlayış qeydə alınıb Bu gün, 13:48 Elektrik xətlərinə dəyən təyyarə dayanacağa düşdü Bu gün, 13:48 Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər" Bu gün, 13:48 Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzini ziyarət edib Bu gün, 12:48 Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib Bu gün, 12:48 Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi Bu gün, 12:48 Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi Bu gün, 12:48 Florensiyada turist tarixi heykəli zədələyib: 5 min avroluq ziyan Bu gün, 12:48 Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər Bu gün, 12:48 "Fantaziya" hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab Bu gün, 12:48 Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR