
Lənkəran şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1998-ci il təvəllüdlü Məmmədov Babək Vaqif oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı xəsarət alan B.Məmmədov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.