
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi son təxribat nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin hərbçiləri İkinci Fəxri Xiyabanda dəfn olunur.
“Report” xəbər verir ki, şəhidlərimiz hazırda İkinci Fəxri Xiyabanda torpağa tapşırılır.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.