14-09-2022, 06:00 723

Asiya İnkişaf Bankı Naxçıvanla bağlı layihələr həyata keçirəcək

Asiya İnkişaf Bankı Naxçıvanla bağlı bir sıra layihələr həyata keçirəcək.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında səfər edən Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen bildirib.

"Bu, mənim Azərbaycana və Naxçıvana ilk gəlişimdir. Çox maraqlı idi. Doğrudan da, böyük təəssürat bağışladı. İlk növbədə insanların qonaqpərvərliyi, təbiətin gözəlliyi, iqtisadi inkişaf və onun perspektivləri. Mən gördüm ki, burada doğrudan da böyük inkişaf imkanları var. Son onillikdə çox böyük müsbət dəyişikliklər görülür, infrastruktur inkişaf etdirilib, yollar, elektrik və qaz təchizatı, yeni texnologiyalar gətirilib”.

O, qeyd edib ki, hər bir kənddə internet şəbəkəsindən istifadə etmək olar: “Bu, əlbəttə, iqtisadi inkişaf üçün çox önəmli amillərdir. İnsanların güzəranını, dolanışığını artıran, yaxşılaşdıran faktorlardır. Naxçıvanın tanış olduğum bu reallıqlarını yüksək qiymətləndirirəm.

Bu gün (dünən-red) səhər biz Naxçıvan şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğular kompleksinə, eyni zamanda çirkab suların təmizləmə qurğusuna baş çəkdik. Bu layihələr Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilib. Mən bu layihələri çox təqdir edirəm. Çox dəyərli layihələrdir. Çünki bu layihələr əhalini içməli su ilə təmin edir. Asiya İnkişaf Bankının reallaşdırmağı planlaşdırdığı daha bir layihəsi də var ki, suvarma sistemlərinin yaradılmasını əhatə edəcək”.

“Biz o potensial layihənin həyata keçiriləcəyi yerlərə səfər etdik və yerlərdəki vəziyyətlə tanış olduq. Kənd təsərrüfatının inkişafı üçün yeni kanallar tikilsə, köhnə kanallar bərpa olunsa və beləliklə suvarma suyunun həcmi artsa, bu, kənd təsərrüfatında məhsuldarlığı xeyli artıracaq. Naxçıvan Muxtar Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində bu layihələri icra edəcəyik”, - Şiksin Çen deyib.

“Suvarma, drenaj və meliorasiya fəaliyyətinin nəzərdə tutulduğu layihədə sudan istifadənin səmərəliliyi artırılacaq. Bunlar hamısı çox faydalı işlərdir. Biz eyni zamanda mütəxəssis hazırlığına da investisiya yönləndirməliyik.

Bu sahədə potensialın artırılması, təlimlərin təşkili kimi tədbirlər də gələcək inkişafın bünövrəsini təmin edən çox önəmli amillərdir. Biz bu imkanları da dəyərləndirəcəyik".

Qeyd edək ki, ADB rəhbəri və nümayəndə heyəti Naxçıvanda Bankın Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi ilə tanış olublar. Gəzintinin davamında qonaqlar “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı Layihəsi” çərçivəsində təklif olunan suvarma layihəsinin seçilmiş obyektləri ilə tanışlıq olublar.

Sonra qonaqlar muxtar respublikanın dəmiryol infrastrukturu barədə məlumat alıblar, Duzdağ Fizioterapiya Mərkəzində də olublar.

Paylaş

Xəbər lenti

İranda dolların məzənnəsi rekord qırdı Bu gün, 00:48 İranda silahlı qarşıdurma başlayıb Bu gün, 00:48 Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir Dünən, 23:48 Zelenski: Belçika ilin sonunadək Ukraynaya üç F-16 verəcək Dünən, 23:48 AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir" Dünən, 23:48 "Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib Dünən, 23:48 Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ Dünən, 22:49 Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür Dünən, 22:49 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub Dünən, 22:48 Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb Dünən, 22:48 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb Dünən, 22:48 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq Dünən, 22:48 Leyla Əliyeva ailə fotosunu paylaşdı Dünən, 22:48 Bakıda yol təmiri sürücüləri çətin vəziyyətə saldı: "Niyə yayda yox, indi?" Dünən, 22:48 Zabratda kanalizasiya və su problemi yenidən baş qaldırdı: Sakinlər ÇIXILMAZ VƏZİYYƏTDƏ Dünən, 21:48 Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər Dünən, 21:48 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı Dünən, 21:48 Elçin Qasımov: Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür Dünən, 20:48 "Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər Dünən, 20:48 Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib Dünən, 20:48 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı Dünən, 20:48 Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib Dünən, 20:48 Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək Dünən, 20:48 Sürücülər risk altındadırlar: Masazır dairəsi istiqamətində böyük TƏHLÜKƏ Dünən, 20:48 Bakıda dişini çəkdirən qadın xərçəng oldu Dünən, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Dünən, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Dünən, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Dünən, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Dünən, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Dünən, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Dünən, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Dünən, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Dünən, 18:48 Mal əti niyə bahalaşır? Dünən, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Dünən, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Dünən, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Dünən, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Dünən, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Dünən, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Dünən, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Dünən, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Dünən, 17:48 Oktyabrda hava necə olacaq? Dünən, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Dünən, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Dünən, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Dünən, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR