
Serbiya və Misir tezliklə birgə hərbi təlimlər keçirəcək.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə görüşündən sonra deyib.
“Biz bütün geosiyasi məsələləri müzakirə etdik, kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret əməkdaşlıq növləri haqqında danışdıq, tezliklə Serbiya və Misir ordularının, ilk növbədə, bizim xüsusi bölmələrimizin birgə təlimləri keçiriləcək”, – Vuçiç söyləyib.
O, Misir liderinin dünyada sülh arzulayan nadir siyasətçilərdən olduğunu vurğulayıb və Ukraynadakı müharibə ilə bağlı verdiyi açıqlamalara görə təşəkkür edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.