15-07-2024, 10:40 571

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul - “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır.

Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi.

Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi.

Hörmətli cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Paylaş

Xəbər lenti

Nazir: "Enerji keçidi neft və qazı əvəz etmir, onları tamamlayır" Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu Bu gün, 11:48 Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək Bu gün, 11:48 "Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA Bu gün, 11:48 Səfir: Azərbaycan Argentinaya Mərkəzi Asiya bazarlarına çıxış üçün kömək edə bilər Bu gün, 11:48 ABŞ İrana qarşı dəniz blokadasının başladığını elan etdi Bu gün, 11:48 Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq Bu gün, 11:48 Bakıda iki qadın əcnəbi vətəndaşı ŞANTAJ ETDİ - MƏHKƏMƏ Bu gün, 11:48 Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 11:48 Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib Bu gün, 11:48 Bu gündən yeni 100 MANATLIQ əsginas dövriyyəyə buraxılır Bu gün, 11:48 Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK Bu gün, 11:48 Unai Simon Kasilyasın rekordunu yenilədi Bu gün, 11:48 Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycanla Slovakiya arasında əməkdaşlığın potensialı daha genişdir" Bu gün, 11:48 Münhendə quraqlıq səbəbindən su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edildi Bu gün, 10:48 Ölkə.Az 12 yaşını qeyd edir Bu gün, 10:48 Türkiyədə 15 iyul çevriliş cəhdinin qarşısının alınmasının 10-cu ildönümüdür Bu gün, 10:48 Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin iclası keçirilir Bu gün, 10:48 Türkiyədə meşə yanğını: 1120 nəfər təxliyə edildi Bu gün, 10:48 Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib Bu gün, 10:48 Azərbaycan "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərini açıqlayıb Bu gün, 10:48 Azərbaycanda iyunda 881 mindən çox şəxs aylıq sosial müavinət və təqaüd alıb Bu gün, 10:48 Pərviz Şahbazov: "OPEC+"la bağlı tədbirin Bakıda keçirilməsi təsadüfi seçim deyil" Bu gün, 10:48 İran Bəhreyn və Küveytdəki ABŞ hədəflərinə zərbələr endirdiyini açıqladı Bu gün, 10:48 OPEC-in baş katibi: "Bakı dünya neft tarixində bir çox ilklərə imza atıb" Bu gün, 10:48 Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı Bu gün, 10:48 İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb Bu gün, 10:48 AQTA: Yas mərasimindəki qida məhsulları laborator müayinəyə təqdim edilib Bu gün, 09:49 Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb Bu gün, 09:49 Dünya çempionatında ikinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina? Bu gün, 09:49 Şəhid Xudayar Yusifzadənin doğum günüdür Bu gün, 09:49 UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb Bu gün, 09:49 Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb Bu gün, 09:48 "Azpetrol" şirkəti 29 yaşını qeyd edir Bu gün, 09:48 Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır Bu gün, 09:48 DÇ-2026: Fransanı mübarizədən kənarlaşdıran İspaniya ilk finalçı olub Bu gün, 01:48 "Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu Bu gün, 00:51 Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR Bu gün, 00:51 Tramp: Düşünürəm ki, Yaxın Şərq birləşir Bu gün, 00:50 "Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:49 Maliyyə qalmaqalı: İraqda 140 milyard dolların yoxa çıxması faktı araşdırılır Bu gün, 00:49 Ali Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət rejiminin artırılmasını təsdiqlədi Bu gün, 00:49 İranın Əhvaz şəhərində partlayış səsləri eşidilib Bu gün, 00:49 Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb Bu gün, 00:48 Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq Bu gün, 00:48 Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR