15-07-2024, 19:26 545

Ölkənin ən böyük gənclər festivalı - ənənəvi “Yay Fest” başlayıb

Azərbaycanın ən böyük və ən gözlənilən gənclər festivalı “Yay Fest” bu il də daha fərqli və daha əyləncəli formatda yenidən öz işinə başlayıb.

"AVESTA.AZ"un Yuxarı Şirvan bürosunun məlumatına görə, çadır tipli düşərgə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "İDEA" İctimai Birliyi, COP29 Əməliyyat Şirkəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir.

“Yay Fest”in keçirilməsində məqsəd dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqinə, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdir.

Minlərlə gəncin iştirak edəcəyi “Yay Fest” gənclər üçün enerjili və dinamik bir mühit yaratmaq məqsədilə geniş əyləncə və öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival 2 ay boyunca davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.

Qeyd edək ki, iyulun 15-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Birlikdə daha yaşıl gələcəyə!” şüarı altında keçirilən “Yay Fest”in builki ilk düşərgəsinə start verilib. Düşərgə iştirakçıları öncə ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Düşərgənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Düşərgənin rəsmi açılış mərasimində dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak edib. Çıxış edən natiqlər Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkənin ev sahibliyi etməsinin vacibliyindən söz açıblar. Əlavə olaraq, çıxışçılar builki düşərgədə seçilən mövzuların ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunmasının əhəmiyyətindən, ekoloji problemlərin həllində gənclərin iştirakçılığının artırılmasından bəhs ediblər.

Qeyd edək ki, bir həftə davam edəcək silsilə düşərgələr, bu il daha geniş miqyasda və daha zəngin proqramlarla təşkil olunacaq. Düşərgənin proqramında gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyacaq.

Xüsusi vurğulanıb ki, düşərgədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Zəfərə və Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş sessiyalar təşkil ediləcək. Həmçinin açıq havada gənclərin fərdi və peşəkar inkişafının təmin edilməsi və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif mövzular üzrə mütəxəssislərin iştirakı ilə panel müzakirələr, peşəkar təlimlər, idman yarışları, haykinq, əyləncəli və intellektual oyunlar keçiriləcək. Gənclər üçün qeyri-formal öyrənmənin vacibliyini nəzərə alaraq, düşərgə iştirakçıları üçün ekoloji məsuliyyətliliyi artıran master-klasslar, vörkşoplar və görüşlər təşkil ediləcək.

“Yay Fest”in bütün yeniliklərindən xəbərdar olmaq, maraqlı və dinamik proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün “Yay Fest”-in “Instagram” (www.instagram.com/yayfest.az/) səhifəsini izləyin. Festivalın unudulmaz anlarını yaşamaq və növbəti düşərgələrin bir parçası olmaq üçün bizə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın!

Paylaş

Xəbər lenti

Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Bu gün, 20:48 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı Bu gün, 20:48 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 20:48 Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı Bu gün, 20:48 Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir Bu gün, 20:48 Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 20:48 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu Bu gün, 20:48 Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır Bu gün, 20:48 "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Bu gün, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Bu gün, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Bu gün, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Bu gün, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Bu gün, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Bu gün, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Bu gün, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Bu gün, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Bu gün, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Bu gün, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Bu gün, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Bu gün, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Bu gün, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Bu gün, 17:48 Media Kuboku 2026-nın püşkü atıldı Bu gün, 16:49 Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü - TƏFƏRRÜAT Bu gün, 16:48 Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi Bu gün, 16:48 Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib Bu gün, 16:48 "NEWS.ru": Süni intellekt IV Şuşa Qlobal Media Forumunun əsas mövzularından biri olub Bu gün, 16:48 Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb Bu gün, 16:48 Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub Bu gün, 16:48 Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib Bu gün, 16:48 FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub Bu gün, 15:49 Travmatologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 15:48 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü Bu gün, 15:48 Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı Bu gün, 15:48 Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb Bu gün, 15:48 Şuşada tarixi çıxış: Azərbaycan yeni xarici siyasət mərhələsinə keçir? Bu gün, 15:48 AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb Bu gün, 15:48 Tramp İrana dəyən ziyanı açıqladı Bu gün, 14:48 Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 14:48 Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar Bu gün, 14:48 Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi Bu gün, 14:48 Danla Biliç xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır Bu gün, 14:48 Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb Bu gün, 13:48 Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO Bu gün, 13:48 Prokuror "Beniz"ə ağır cəza istədi Bu gün, 13:48 ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra... Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR