
Türkiyənin İstanbul şəhəri yaxınlığında, Mərmərə dənizində 4,1 maqnitudada zəlzələ qeydə alınıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı Mərmərə adasının yaxınlığında təxminən yeddi kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar şəhərdən təxminən yüz kilometr aralıda hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.