
Fransanın PSJ klubu İtaliya təmsilçisi "Milan"ın qapıçısı Mayk Menyanı transfer etmək istəyir.
"AVESTA.AZ" “Il Messaggero”ya istinadən xəbər verir ki, Paris klubu “Mançester Siti”yə keçəcəyi gözlənilən Canluici Donnarummanın əvəzinə qolkiperi almağa çalışacaq.
29 yaşlı oyunçu PSJ-nin yetirməsi olsa da, heç vaxt əsas komandada oynamayıb. 2015-ci ildə o, 1 milyon avro qarşılığında "Lill"ə keçib və əsas heyət üzvü olub.
Qolkiper 2021-ci ildə 16,4 milyon avroya "Milan"a transfer olunub.
Qeyd edək ki, ötən mövsüm M.Menyan bütün turnirlərdə 42 matçda meydana çıxıb. O, bu oyunların 15-də qapısını toxunulmaz saxlayıb. Qapıçı AVRO-2024-ün simvolik komandasına da daxil edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.