
Rusiyanın Başqırdıstan Respublikasının Stərletamak şəhərində müəssisələrdən birində yanğın baş verib, nəticədə 3 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Rusiya KİV-i İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsinə istinadən məlumat yayıb.
“Sənaye binasında köhnə boru kəmərinin sökülməsi zamanı qaz-hava qarışığı yanıb, 3 işçi termik yanıq alıb, onlar hadisə yerində keçiniblər”, – məlumatda diqqətə çatdırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.