7-08-2024, 16:19 568

“Azerconnect Group” “COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi” adlı silsilə seminarlara dəstək oldu

“Azerconnect Group”un dəstəyi və “Women in Tech Azerbaijan”ın təşkilatçılığı ilə "Müxtəliflik, inklüzivlik və dayanıqlıq - COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi" təşəbbüsünə dair silsilə seminarlar çərçivəsində ilk tədbir keçirilib.

“Həqiqi dəyişiklik üçün fərdlərin gücünün inkişaf etdirilməsi” mövzusuna həsr olunan ilk seminarda 23 şirkət iştirak edib. Tədbirdə “Azerconnect Group”, “Socar Cape LLC”, “EY Azerbaijan”, “Procter & Gamble” kimi şirkətlərin, həmçinin BMT-nin İnkişaf Proqramının nümayəndələri təqdimatlara çıxış edərək iştirakçılara müxtəliflik, inklüzivlik və dayanıqlıq üzrə qlobal təcrübə, bu sahədə həyata keçirdikləri uğurlu layihələr barədə ətraflı məlumat verib, dəstək məqsədilə onlara hazır həll yolları təklif ediblər.

“Azerconnect Group”un İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva öz çıxışında şirkətdə inklüziv iş mühitinin yaradılması və gender bərabərliyini təşviqinə istiqamətlənən layihələr, əməkdaşlar üçün keçirilən təlimlər barədə danışıb. Bildirilib ki, “Azerconnect Group” ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyinə görə iki il ardıcıl olaraq nüfuzlu “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” kimi seçilən yeganə yerli şirkətdir. Qeyd olunub ki, yerli şirkətlər arasında ilk dəfə olaraq “Azerconnect Group” tərəfindən müxtəliflik, bərabərlik, inklüzivlik və mənsubiyyət prinsiplərinin təşviqinə həsr olunmuş ‘WE are ALL ONE’ adlı innovativ proqram həyata keçirilir. Vurğulanıb ki, müxtəliflik, inklüzivlik və dayanaqlılıq kimi dəyərlərin tətbiqi şirkətlərin həm daxili, həm də xarici mühitdə uğur qazanmasına kömək edir, onlara strateji üstünlük qazandırır.

BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində təşkil olunan təşəbbüsün əsas məqsədi müxtəliflik, inklüzivlik və dayanıqlıq üzrə yerli şirkətlərə qlobal təcrübəni ötürmək və təşkilatlararası fikir mübadiləsini təmin etməkdir.

“Azerconnect Group” ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətdir. “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Paylaş

Xəbər lenti

Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi Bu gün, 18:48 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb Bu gün, 18:48 Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum" Bu gün, 18:48 Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü" Bu gün, 18:48 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Bu gün, 18:48 Bu ərazidə yollar təmir olunacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 18:48 Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb Bu gün, 18:48 Azərbaycan XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edib Bu gün, 18:48 4 yaşlı qızını itirən Türkiyə gözəli: "Mümkün olsaydı, ürəyimi ona verərdim" Bu gün, 17:49 Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib Bu gün, 17:49 Nəriman Nərimanovun Şəkiyə gəldiyi fayton - MÜZEYDƏ SƏRGİLƏNİR Bu gün, 17:48 Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq Bu gün, 17:48 Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun ortağı ola bilər Bu gün, 17:48 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib Bu gün, 17:48 MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur Bu gün, 17:48 Türkiyədə seldən ölənlərin sayı 10-a çatdı Bu gün, 17:48 Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər Bu gün, 16:48 "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Bu gün, 16:48 General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox… Bu gün, 16:48 Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM Bu gün, 16:48 Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib Bu gün, 16:48 Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış... Bu gün, 16:48 Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb Bu gün, 16:48 Roza Zərgərli bu qonşu ölkənin üç şəhərində konsert verdi Bu gün, 16:48 Rusiyalı müğənnidə bədxassəli şiş aşkarlandı Bu gün, 16:48 She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı Bu gün, 16:48 "Leonardo Art School" və "MiniBoss Business School" birgə təhsil proqramı elan etdi Bu gün, 15:48 Bu tarixdən leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar Bu gün, 15:48 Azərbaycandan neft məhsullarının ixracı 1,5 dəfə artıb Bu gün, 15:48 Şəkinin məşhur piti qabları: qədim sənəti yaşadan usta turistlərə dərs keçir Bu gün, 15:48 Rəvan Qarayevin həkim həyat yoldaşı: "Xasiyyətimiz uyğun olmasaydı…" Bu gün, 15:48 İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq Bu gün, 15:48 Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb Bu gün, 15:48 Bu ölkədə komendant saatı tətbiq edildi Bu gün, 14:48 Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib Bu gün, 14:48 Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub Bu gün, 14:48 Eldar Əzizov müşavirə keçirdi: Paytaxtın kommunal xidmətlərinə TAPŞIRIQ VERDİ Bu gün, 14:48 Ceyranbatanda ana və övladını maşın vurub Bu gün, 14:48 Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu Bu gün, 14:48 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq? Bu gün, 14:48 Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib Bu gün, 14:48 Yeni prokuror tanınmış hakimin oğludur Bu gün, 14:48 Yaltada bu səbəbdən fövqəladə vəziyyət elan edildi Bu gün, 14:48 Navai Qazaxıstandan deportasiya edildi: narkotik işi bağlandı Bu gün, 13:48 ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb Bu gün, 13:48 Kamran Əliyevdən yeni təyinatlar Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR