
Ermənistanın paytaxtı İrəvanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 20 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” bildirib.
“İlkin məlumata görə, müxtəlif xəsarətlər almış 20 yaralı tibbi mərkəzə çatdırılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Hadisə “KAMAZ” yük maşını, “MAN” şəhər avtobusu və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.