19-08-2024, 05:03 540

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

Bu gün I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başa çatır.

"Report" xəbər verir ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Məlumat üçün qeyd edək ki, ixtisas seçimi avqustun 9-dan başlayıb. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5 890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

Ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4 390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupuna gəlincə, Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1 410 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2 195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4 318-nə qəbul dövlət sifarişi əsasında aparılır.

IV ixtisas qrupunda isə Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4 600 plan yeri ayrılıb. Bu yerlərdən 3 135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkün olur. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Paylaş

Xəbər lenti

Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48 DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib Bu gün, 10:48 Dilarə Əliyevanın Bodrum istirahətindən GÖRÜNTÜLƏR Bu gün, 10:48 Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA Bu gün, 10:48 Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var Bu gün, 10:48 Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub Bu gün, 10:48 Roza Zərgərlinin aktyor oğlu nişanlandı Bu gün, 10:48 Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu Bu gün, 09:48 Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib Bu gün, 09:48 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ Bu gün, 09:48 UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq Bu gün, 09:48 Nigar Fərhad saxlanılıb Bu gün, 09:48 "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək Bu gün, 09:48 Bakıda üç rayonda işıq olmayacaq Bu gün, 08:48 Çempionlar Liqasında bu klublar mübarizə aparacaq Bu gün, 08:48 Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək... Bu gün, 08:48 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR Bu gün, 08:48 Mingəçevir su anbarında balıqçı itkin düşüb Bu gün, 08:48 Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR