
Daşkəsəndə həmyerlisinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "AVESTA.AZ"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, hadisəni törətməkdə 1993-cü il təvəllüdlü M.Əliyev şübhəli bilinir.
Faktla bağlı araşdırma davam etdirilir.
Daşkəsən şəhərində bıçaqlanma hadisəsi baş verib.
“AVESTA.AZ”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü N. Hümbətov mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Müşfiq adlı şəxsin daha bir nəfərlə də mübahisə etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.