
Avropa Voleybol Konfederasiyasının (CEV) yeni prezidenti bəlli olub.
"Report" xəbər verir ki, İtaliyanın Neapol şəhərində CEV-in Baş Assambleyasında səsverməyə əsasən 36 səs yığan xorvatiyalı Roko Sikiriç qrumun yeni prezidenti seçilib.
Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev də iştirak edib.
AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov isə CEV nümayəndəsi kimi Assambleyada yer alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.