26-08-2024, 18:11 510

Azərbaycanda qarğıdalı və çuğundur əkinlərinin sığortası dövrü başlayıb

Aqrar Sığorta Fondu (ASF) təkrar qarğıdalı və çuğundur əkinlərini avqust ayının sonuna qədər sığortalamaq üçün fermerlərə müraciət edib.

“AVESTA.AZ” xəbər verir ki, ASF bu barədə məlumat yayıb.

Azərbaycanda iqlim şərtləri yüksək məhsuldarlığa imkan verən dənli bitkilərdən biri olan qarğıdalının həm dənlik, həm də yemlik-silosluq növləri ildə iki dəfə məhsul verir. Ümumilikdə, 28,6 min hektar ərazidə yerləşən dənlik qarğıdalı əkinlərinin 13,8 min hektarı, yəni 48 %-i, Şəki-Zaqatala bölgəsinin payına düşür.

2023-cü ildə ölkədə 189 min ton dənlik qarğıdalı yığılıb və təkrar əkində əldə edilən məhsul 104 min ton olub. Qarğıdalı əkinlərində orta məhsuldarlıq hər hektara 66 sentner təşkil edir.

Qarğıdalı yağ, un, konserv, şəkər, heyvan və quş yemi, hətta dərman vasitəsi kimi istifadə olunur. Lakin son illər müşahidə olunan intensiv yağışlar, sel-subasma və güclü küləklər kimi iqlim riskləri qarğıdalı əkinlərinə ciddi zərər vurur. Fermerlər qarğıdalı sahələrini ASF vasitəsilə sığortalaya bilərlər. Dövlət tərəfindən 50 % dəstək sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkinlərini sığortalaya bilərlər.

Məsələn, qarğıdalının ən çox əkildiyi Şəki-Zaqatala regionunda 1 000 manatlıq qarğıdalı məhsulunun sığortası 33,6 manat təşkil edir. Fermer bu məbləğin yarısını – təxminən 17 manatını ödəməklə öz məhsulunu çoxsaylı risklərdən sığortalaya bilir. Şirvan-Salyan regionunda bu məbləğ daha da aşağıdır – 1 000 manatlıq qarğıdalını sığortalamaq fermerə cəmi 7 manata başa gəlir.

"ASF tərəfindən ən böyük sığorta ödənişi də məhz qarğıdalı əkinlərinə dəyən zərərə görə olub. 2023-cü ildə Zaqatalanın Qazma kəndində qarğıdalı sahəsinə dolu vurduğu ziyana görə fermerə 88 min manat ödəniş edilib. 2024-cü ildə də Fonda müraciətlər arasında qarğıdalı sahələrinə dəyən zərərlər üstünlük təşkil edir", - məlumatda deyilir.

Qeyd edək ki, avqust ayında sığortası davam edən digər məhsul şəkər çuğundurudur. Azərbaycanda şəkər istehsalında istifadə olunan yeganə bitki olan şəkər çuğunduru 4 534 hektar ərazidə əkilir. Çuğundur sahələrinin böyük hissəsi Qazax-Tovuz və Şirvan-Salyan bölgəsindədir. Rəsmi statistikaya görə, keçən il ölkədə 216 min ton şəkər çuğunduru yığılıb. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 482 sentner, bəzi rayonlarda isə 500-580 sentner təşkil edir.

Şəkər çuğunduru sahələrinin dörddə biri (1099 ha) və ümumi məhsulun 35 %-i (74 min ton) Tovuz rayonunun payına düşür. Hacıqabul, Şəmkir, Füzuli, Yevlax, Şamaxı, Biləsuvar və Ağstafa da şəkər çuğunduru istehsalında fərqlənir.

Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər öz məhsullarını qeyri-sabit hava şəraitindən və digər risklərdən qorumaq üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.

Məsələn, Qazax-Tovuz regionunda 1 000 manatlıq şəkər çuğundurunun sığortası 70 manatdır. Fermerlər bu məbləğin yarısını – 35 manatını ödəməklə məhsulu sığortalaya bilərlər. Hacıqabul rayonunda isə 1 000 manatlıq şəkər çuğundurunun sığorta haqqı 22,8 manatdır. Fermerlər 50 %-lik dövlət güzəştindən istifadə edərək bu məbləğin yarısını – təxminən 11 manatını ödəyir və qalan hissə dövlət tərəfindən qarşılanır.

Fermerlər Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi vebsaytında Sığorta Kalkulyatorları bölməsində sığortalamaq istədikləri məhsulu və rayonu seçərək, orta məhsuldarlığa əsasən ödəniləcək məbləği hesablaya bilərlər.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR