
Azərbaycanda demokratiya inkişaf edir.
"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı jurnalistlərə açıqlama verən Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Ömər Kocaman deyib.
O bildirib ki, parlament seçkiləri bu qənaəti bir daha təsdiqlədi: "Seçkilər çox şəffaf şəraitdə keçirildi".
Ö Kocaman həmçinin qeyd edib ki, bu parlament seçkilərinin işğaldan azad edilən Qarabağda ilk dəfə keçirilməsi mühüm hadisədir: "Bu, tarixdir. İnşallah, Azərbaycanı həmişə inkişaf yolunda görəcəyik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.