
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “AVESTA.AZ”a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza zamanı 1 ədəd piyada işıqforu yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqforun quraşdırılması işi görüləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.