
Qırğızıstanın Batken vilayətində tacik hərbçiləri 36 metrlik avtomobil körpüsünü partladıblar.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Kök-Taş-Aksay-Tamdıq avtomobil yolunun 7-ci km-də, Daça-Çayxana yolunun hissəsində Tacikistan hərbçiləri tərəfindən 36 metrlik körpü uçurulub", - məlumatda deyilir.
Mətbuat xidməti körpünün Ak-Suu çayının sahillərini birləşdirdiyini qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.